Yerevanda Xarici İşlər naziri və yüksək vəzifəli diplomatların istefası tələb edilir
Sentyabrın 1-də Ermənistan paytaxtı Yerevanda etiraz aksiyası keçirən fəallar Xarici İşlər naziri və yüksək vəzifəli diplomatların istefasını tələb ediblər. Onlar Ramil Səfərovun Macarıstandan Azərbaycana verilməsinə görə öz nazirlərini günahkar biliblər. Aksiya iştirakçıları Macarıstanın dövlət bayrağını da yandırıblar. 2004-cü ildə Macarıstanda erməni zabiti öldürmək ittihamı ilə ömürlük həbs cəzası almış Azərbaycan zabiti Ramil Səfərov keçən həftə Azərbaycana verilib. O, Bakıya gələn kimi də əfv edilib.
Arxiv
-
İyul 22, 2025
Rusiya Ukrayna şəhərlərinə yenə ölümcül zərbələr endirdi
-
İyul 21, 2025
Rusiya ötən gecə Kiyevə zərbələr endirib