Kiyev sakinləri Rusiya dronlarından metroda gizlənirlər

İyulun 19-na keçən gecə Rusiya Ukraynanın 10-dan çox şəhərinə 380-dək dron, qanadlı və ballistik raketlər buraxıb. Məlumatı ordu yayıb.

Kiyev sakinləri paytaxt metrosuna sığınıblar.

Gecələr hava həyəcanı uzananda bütöv ailələr burada gecələyirlər.

Valideynlər övladları, ev heyvanları ilə birlikdə gecəni metro stansiyalarında keçirirlər.

Hazırda 46 metro stansiyası sutka ərzində sığınacaq kimi fəaliyyət göstərir.

Rusiya ordusunun Ukraynada mülki infrastrukturu bilərəkdən vurmadığını bildirir.

Kiyev sakinləri Rusiya dronlarından metroda gizlənirlər İyulun 19-na keçən gecə Rusiya Ukraynaya yüzlərlə dron, onlarla raket buraxıb. Kiyev sakinləri metro stansiyalarına sığınıblar. Sakinlər özləri ilə çadırlar, digər ləvazimatlar götürüb, hava hücumunun bitməsini gözləyiblər. AzadlıqRadiosunun Ukrayna xidmətinin foto-jurnalisti Sergey Nujnenko yer altından kadrları lentə köçürüb.