Kiyev sakinləri Rusiya dronlarından metroda gizlənirlər
Kiyev sakinləri Rusiya dronlarından metroda gizlənirlər İyulun 19-na keçən gecə Rusiya Ukraynaya yüzlərlə dron, onlarla raket buraxıb. Kiyev sakinləri metro stansiyalarına sığınıblar. Sakinlər özləri ilə çadırlar, digər ləvazimatlar götürüb, hava hücumunun bitməsini gözləyiblər. AzadlıqRadiosunun Ukrayna xidmətinin foto-jurnalisti Sergey Nujnenko yer altından kadrları lentə köçürüb.

1
İyulun 19-na keçən gecə Rusiya Ukraynanın 10-dan çox şəhərinə 380-dək dron, qanadlı və ballistik raketlər buraxıb. Məlumatı ordu yayıb.

2
Kiyev sakinləri paytaxt metrosuna sığınıblar.

3
Gecələr hava həyəcanı uzananda bütöv ailələr burada gecələyirlər.

4
Valideynlər övladları, ev heyvanları ilə birlikdə gecəni metro stansiyalarında keçirirlər.