Keçid linkləri

2025, 22 İyul, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Rəsmiyyə Sabir. Fəsillər


Küləkdən xəbər aldım səni.
Dəli kimi əsdi.
Mənim ümidimi kəsdi.

Günəşdən xəbər aldım səni.
Qəzəbindən alışıb yandı.
Elə bil zaman dayandı.

Yağışdan xəbər aldım səni.
Hönkür-hönkür ağladı.
Dilimi-ağzımı bağladı.

Qardan xəbər aldım səni.
Yağdı saçlarıma, yağdı...
İndi həsrətin keçilməz dağdı...
XS
SM
MD
LG